BAKI, 17 aprel - Sputnik. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib ki, Vladimir Zelenski Donbasdan qoşunlarını çəkməli, Krımın tanınması, bloklara qoşulmamaq, denasifikasiya üzrə öhdəliklər götürməlidir.
Onun sözlərinə görə, əgər Zelenski Ukrayna vətəndaşlarını fikirləşirsə, onda dərhal müəyyən qərarlar qəbul etməlidir.
"Birincisi. Donbasdan qoşunlarını çəkməlidir. İkincisi. Müqavilə əsasında Krımın tanınması, Ukraynanın blokdankənar statusu, həmçinin ölkənin demilitarizasiya və denasifikasiyası üzrə öhdəliklərini təsdiq etməlidir", - deyə Volodin sosial şəbəkədə yazıb.
O əlavə edib ki, başqa cür alınmayacaq.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!