BAKI, 17 aprel - Sputnik. Serbiyada keçirilən prezident seçkilərində qalib gələn hazırkı dövlət başçısı Aleksandr Vuçiç Rusiya səfiri Aleksandr Botsan-Xarçenkoya Belqradın Moskva ilə dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirəcəyini bildirib.
Vuçiç, ilkin məlumatlara görə, aprelin 3-də Serbiyada keçirilən prezident seçkilərində təxminən 60% səslə qalib gəlib. Onun Serb Tərəqqi Partiyası da ölkədə keçirilən parlament seçkilərində 250 yerdən 120-yə yaxın yeri qazanıb.
Şənbə günü 50-dən çox seçki məntəqəsində təkrar səsvermə keçirilib, onların rəsmi nəticələri gözlənilir, lakin bu, ilkin nəticələrə əhəmiyyətli təsir göstərməyəcək.
Serbiya lideri bazar günü onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edən Rusiya səfirini qəbul edib.
“Təbriklərə görə təşəkkür edən Prezident Vuçiç bildirib ki, Serbiya öz Avropa istiqamətindəRusiya və Çinlə ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirəcək. Görüşdə Serbiya-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən enerji sahəsinin inkişafı müzakirə edilib və qaz tədarükünün həcmi, qiyməti və digər şərtləri barədə danışıqların tezliklə başlayacağı gözləntiləri ifadə olunub”, - deyə Vuçiçin administrasiyası bildirib.
“Srbiyaqaz” və “Qazprom” arasında Rusiyadan Serbiyaya gündə 6 milyon kubmetr qazın min kubmetri 270 dollardan tədarükü üçün mövcud müqavilə mayın 31-də başa çatır. Serbiya hakimiyyəti Rusiya tərəfi ilə növbəti müqaviləni 10 il müddətinə imzalamağı planlaşdırdıqlarını bildirib.
“Səfir Botsan-Xarçenko görüş zamanı Rusiyanın Ukraynadakı münaqişəyə münasibətindən danışıb. Prezident Vuçiç bu münaqişənin tezliklə başa çatacağına və sülhün bərqərar olunmasına ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd edilib.
Aprelin 9-da Vuçiç Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskova Serbiyanın Rusiyanın BMT İnsan Hüquqları Şurasında iştirakınının dayandırmasına, Aİ rəhbərliyinə isə Belqradın neft tədarükünə qoyulan məhdudiyyətlərdən xaric edilməsinə səs verməsinin səbəbini başa düşdüyünə görə təşəkkür edib.
Bu yaxınlarda BMT Baş Assambleyası Ukraynada baş verən hadisələrə görə Rusiyanın İnsan Hüquqları Şurasında iştirakının dayandırılmasına səs verib. Serbiya, o cümlədən, qətnaməni dəstəkləyib. Qərar Rusiya Federasiyasını səsvermə və Şurada çıxış etmək hüququndan məhrum edib. Buna cavab olaraq Rusiya İnsan Hüquqları Şurasındakı səlahiyyətlərinə xitam verdiyini açıqlayıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç martın 2-də həmvətənlərinə müraciətində bildirib ki, Serbiya hakimiyyəti BMT-nin Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini qınaması ilə bağlı qətnaməsinin 13 bənddən 4-nü - sanksiyalara və Rusiya şirkətlərinin ölkədəki əmlakının uzaqlaşdırılmasına aid olmayanları dəstəkləyib. Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlara görə böhran böyük xarici siyasi təzyiqə məruz qalan Serbiyaya dramatik təsir göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.