BAKI, 17 aprel - Sputnik. Rusiya Daxili İşlər Nazirliyi yoxlama fəaliyyətinin azalması fonunda bu ilin iki ayında əcnəbi vətəndaşlar və əmək miqrantları arasında bir il əvvəlkindən daha çox qanun pozuntusu aşkar edib. O cümlədən, ölkəyə giriş və olma rejiminin pozulması hallarının sayı 114 faizdən çox artıb. Bu barədə TASS-a qurumun müvafiq sorğusuna cavab olaraq idarənin mətbuat mərkəzindən məlumat verilib.
"Yoxlama tədbirlərinin intensivliyinin azalmasına baxmayaraq, Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanlarından alınan inzibati təcrübələr haqqında məlumatlar qanunsuz miqrantların və Rusiya Federasiyasının ərazisində qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən edilməsi baxımından onların effektivliyinin artdığını göstərir”, - agentliyin həmsöhbəti bildirib.
Belə ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına giriş və ya olma (yaşayış) rejiminin pozulmasına görə əcnəbi vətəndaşlara qarşı 55,7 min inzibati protokol tərtib edilib ki, bu da bir il əvvəllə müqayisədə (26 min) 114,2% çoxdur.
Bundan əlavə, əcnəbi vətəndaşlar arasında qeyri-qanuni əmək fəaliyyəti və müəyyən fəaliyyət növlərinin həyata keçirilməsinə müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi aşkar edilmiş faktların sayı təxminən 22 faiz və 88 faiz artıb. Əgər ötən ilin iki ayında bu rəqəmlər 5,5 min və 692 olubsa, 2022-ci ilin yanvar-fevral aylarında müvafiq olaraq 6,7 min və 1,3 min olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.