BAKI, 17 aprel - Sputnik. Rusiyanın öhdəliklər üzrə defoltu Avropanın defoltuna səbəb ola bilər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bir bəyanatla çıxış edib.
"Rusiyanın defoltu Avropanın defoltu ilə nəticələnə bilər. Həm mənəvi, həm də çox yəqin ki, maddi defoltla", - deyə o öz Telegram-kanalında yazıb.
Onun sözlərinə əsasən, avropalıların gizli məqsədi Ukraynada sülh deyil, Rusiyanın öhdəliklər üzrə defoltudur.
"Avropalı Ursula xala fəal şəkildə mətnlər yazır. Onların əsas mənası indi artıq əzabkeş insanların əziyyətləri, xüsusi hərbi əməliyyatın başa çatması, Ukraynada sülh deyil, Rusiyanın öhdəliklər üzrə defoltudur", - Medvedev yazıb.
"Axır ki! Demək gecələr boyu gizli şəkildə bunu istəyirmişlər! Avropa İttifaqının dərin strategiyası, Brüssel mazoxistlərinin və onların okeanın o tayındakı oyun tərəfdaşlarının əsas niyyəti bu imiş. Yaxşı, cəhd edin", - Medvedev əlavə edib.
O həmçinin deyib ki, Aİ-nin maliyyə sistemi o qədər də dayanıqlı deyil, insanların etimadı azalır.
"Aİ-nin maliyyə sistemi o qədər də dayanıqlı deyil, insanların etimadı azalır. Hətta yaxşı xatırladığımız 2008-də belə "silkələmirdi", o vaxt isə çox çətin idi", - o bildirib.
Bundan əlavə, Medvedev Avropa Komissiyasının rəhbərinə hiperinflyasiyaya, mühacir axınına görə avropalılardan minnətdarlıq gözləməyi məsləhət görüb.
"Artıq zalım rusların üzərinə yıxa bilməyəcəyiniz hiperinflyasiyaya, dükanlarda elementar ərzaqların çatışmazlığına və alban dalğasından güclü zorakılıq və cinayətkarlıq dalğasına gətirəcək mühacir axınına görə sıravi avropalıların güclü minnətdarlığını gözləyin", - o bəyan edib.
"Onda Brüsseldən olan xalalar və dayılar ritorikalarını dəyişməli olacaqlar. Yoxsa, təmiz Avropa şəhərlərinin küçələrində Maydan və €vropa üzərində Böyük Peremoqanın qəhrəmanlarının şərəfinə iyrənc təkər tonqalları yanacaq!" - Medvedev əlavə edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.