HADİSƏ

Yevlaxda qəribə olay, nitq qüsurlu gənc...

Ağdamdan köçkün olan Sərxan İsmayılzadənin avtomobili tapılsa da, özü hələ də axtarılır.
Sputnik
BAKI, 16 aprel — Sputnik. Yevlaxda 23 yaşlı gənc 2 gün öncə itkin düşüb. Ağdam rayon sakini olan Sərxan İsmayılzadə ailə üzvləri ilə birgə Yevlax rayonunda məskunlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, itkin düşən şəxs nitq qüsurlu olub. Doğmaları hüzr yerində olarkən S.İsmayılzadə evə gələrək “VAZ 2107” markalı minik maşına əyləşərək evdən çıxıb. Yaxınları ondan xəbər ala bilmədiklərindən polisə məlumat veriblər. Bu gün itkin düşən şəxsin avtomobili Yuxarı Qarabağ kanalının Yevlax rayonundan keçən hissəsində aşkarlanıb. FHN-nin dalğıc axtarış qrupu avtomobilin yerini müəyyən edib. Minik maşını kran vasitəsi ilə sudan çıxarılıb. Xilsedicilər maşın düşən hissələrdə, onun ətrafında axtarışlar aparsalar da, sürücünü tapa bilməyiblər.
Yevlaxda hadisə yerində
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da baxış keçirib. S.İsmayılzadənin axtarışları davam etdirilir.
Qeyd edək ki, itkin düşən şəxs subay olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.