RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: "Mariupol şəhəri Ukrayna qoşunlarından təmizlənib"

Rusiya hərbçiləri tərəfindən Qərbdən silah gətirən Ukrayna təyyarəsi məhv edilib.
Sputnik
BAKI, 16 aprel - Sputnik. Rusiya hərbçiləri Mariupol şəhərini Ukrayna qoşunlarından təmizləyib. APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Mariupolun şəhərinin bütün ərazisi Ukrayna hərbçilərindən təmizlənib. Qoşunların qalan hissəsi "Azovstal" adlanan sənaye rayonunda mühasirədə bloklanıb", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.
O da bildirilib ki, Ukrayna ordusunun, Milli Qvardiyanın və muzdluların itkiləri 23 367 nəfər təşkil edir. Təkcə Mariupolda Ukrayna ordusunun 4 min hərbçi itirdiyi vurğulanıb.
Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin Odessa yaxınlığında böyük partiya Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.
Bunu da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Ukraynaya məxsus Qərb ölkələrinin tədarük etdiyi silahların böyük partiyasını çatdıran hərbi nəqliyyat təyyarəsini havada vurub. Bundan əlavə, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub", - Rusiya MN sözçüsü vurğulayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.