BAKI, 16 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub, tərəflər Ukrayna ətrafındakı vəziyyəti və Yəməndəki nizamlanmanı müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
“Səudiyyə tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. Beynəlxalq gündəmdə olan bəzi mövzular, o cümlədən Ukrayna ətrafındakı vəziyyət və Yəməndəki nizamlanma beynəlxalq müzakirələr ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Kremlin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı tərəflər OPEC+ formatında birgə işi müsbət qiymətləndiriblər.
“OPEC+ formatında dünya neft bazarının sabitliyinin təmin edilməsinə yönəlmiş birgə işə müsbət qiymət verilib”, - məlumatda deyilir.
Əlavə olunur ki, söhbət zamanı ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə aktual məsələləri müzakirə edilib.
“Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı meyl ifadə olunub”, - məlumatda bildirilir.