BAKI, 16 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı Fövqəladə Hallar Komitəsi hesab edir ki, COVID-19-a səbəb olan virus bəzi heyvan növlərinin orqanizmində qala və rezervuar yarada bilər.
Bu barədə komitənin 11-ci iclasının yekunları üzrə dərc edilmiş nəticələrində deyilir: "Komitə etiraf edir ki, SARS-CoV-2 hələ özünün ekoloji yerini yaratmayan yeni respirator patogendir".
Koronavirusun “gözlənilməz təkamülü”nə diqqət yetirilib. Onun insanlar arasında sürətlə ötürülməsi, eləcə də heyvan rezervuarların yaradılması potensialı ilə bir sıra heyvanlar arasında infeksiyanın geniş yayılması şiddətlənir.
Komitə ölkələrə insanlar və heyvanlar arasında SARS-CoV-2-nin ötürülməsi ilə bağlı epidemioloji tədqiqatlar aparmağı, eləcə də potensial heyvan daşıyıcıları və rezervuarları üzərində məqsədyönlü müşahidə aparmağı tövsiyə edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ekspertlərin tövsiyəsi ilə COVID-19 ilə bağlı səhiyyədə beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.
Xatırladaq ki, 18 ekspert və 12 müşahidəçidən ibarət ÜST-ün Fövqəladə Hallar Komitəsi bir qayda olaraq üç aydan bir toplanır. Bundan əvvəlki iclas 2022-ci ilin yanvarında olub. Komitənin ilk iclası 2020-ci il yanvarın 22-23 tarixlərində keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.