BAKI, 15 aprel — Sputnik. Kreml Ukraynada xüsusi əməliyyatın bütün tapşırıqlarının yerinə yetiriləcəyinə şübhə etmir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əsas odur ki, Ukrayanı bütün bu millətçi batalyonlardan azad edək. Əməliyyat davam edir və qarşıda duran vəzifələr hamıya məlumdur. Onlar tamamlanmalıdır və tamamlanacaq. Heç bir şübhə olmamalıdır", - Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, millətçi batalyonların mülki vətəndaşları girov götürmədiyi, sosial obyektlərə atəş açmadığı yerdə dinc həyat bərqərar olur:
"O yerlərdə millətçi batalyonlar dediyim şeyi edir, şiddətli mübarizə gedir və orada onların hamısı məhvə məruz qalır".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.