Şri-Lanka hakimiyyəti Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi iqtisadi tənzimləmə proqramına uyğun olaraq bu öhdəliklərin restrukturizasiyasını gözləyərək aralıq dövr üçün xarici borclarına görə defolt elan edib. Bu barədə Dövlət Maliyyə Nazirliyi məlumat verib.
Ölkədə ərzaq və ilkin tələbat mallarının, yanacaq və qazın kəskin çatışmazlığı mövcuddur. Bir çox ərazilərdə yanacaq idxalı üçün xarici valyuta çatışmazlığı səbəbindən 13 saata qədər elektrik enerjisi daimi kəsilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!