SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ŞƏT-də Özbəkistan sədrliyinin prioritetləri və Azərbaycanın maraqları müzakirə ediləcək

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada ŞƏT ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Sentyabrın 17-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçıları Şurasının yubiley iclası keçirilib və bu iclasda təşkilata sədrlik Özbəkistana keçib.
Ölkə Prezidenti Özbəkistan Respublikasının 2021-2022-ci illərdə ŞƏT-ə sədrliyini nəzərə alaraq Təşkilatın qarşıdakı dövr üçün fəaliyyətinin əsas prioritetlərini və vəzifələrini qeyd edib.
Məlum olduğu kimi, Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq imkanlarını öyrənir. Ekspertlərin fikrincə, bu, ölkəyə Çin və Rusiya ilə daha fəal iqtisadi əlaqələri tənzimləməyə imkan verəcək.
Aprelin 15-də saat 13:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masa çərçivəsində Daşkənd tərəfindən irəli sürülən ŞƏT-in gündəliyinin yenilənməsi və artırması üzrə təşəbbüslər açıqlanacaq, Özbəkistanın təşkilata sədrliyi çərçivəsində 2022-ci ildə keçiriləcək tədbirlərin qrafiki barədə məlumat veriləcək. Həmçinin ŞƏT ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Tədbirin iştirakçıları:
- Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri
Maxamadjan Botraliyev, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri;
Bəhram Qaipov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi;
Namiq Əliyev, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor;
Elşad Məmmədov, "UNEC" Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, iqtisad elmləri doktoru, professor;
İlqar Vəlizadə, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mət.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!