AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisin Şuşa iclasının vaxtı bəlli oldu

Milli Məclis aprelin 29-da Şuşada toplanacaq
Sputnik
BAKI, 14 aprel — Sputnik. Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtı məlum olub.
"Report"un xəbərinə görə, aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, bundan əvvəl, aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.
Xatırladaq ki, millət vəkili Aydın Mirzəzadə bir neçə gün öncə parlamentin komitə iclaslarının vaxtaşırı Şuşa şəhərində keçirilməsini təklif olaraq irəli sürmüşdü.
SİYASƏT
Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.