RUSİYA

Matviyenko: neft-qaz tədarükündəki şaxələndirmə ilə bağlı problem yoxdur

Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Avropanın Rusiyadan neft və qaz tədarükündən imtinasını istisna etmək olmaz
Sputnik
BAKI, 14 aprel — Sputnik. Avropa ölkələrinin Rusiyanın enerji resurslarından mümkün imtinası halında, onların şaxələndirilməsi ilə bağlı heç bir problem olmayacaq.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çərşənbə günü jurnalistlərə bildirib.
"Bu gün Avropa dövlətlərinə o qədər güclü təzyiqlər edilir ki, onların hətta belə bir addım ata biləcəyini - Rusiyadan neft və qaz tədarükündən imtina edəcəyini istisna etmək olmaz", - deyə o bildirib.
Matviyenkonun fikrincə, bunu etsələr, onların böyük başağrısı və problemi olacaq.
"Hesab edirəm ki, biz belə bir ehtimalı güman edə bilərik. Hökumət müvafiq tədbirlər hazırlayıb. Bu, təkcə Asiya, Latın Amerikası, Çin, Hindistan ölkələrinə tədarükün diversifikasiyası deyil. Belə ehtimallar mövcuddur", - deyə Federasiya Şurasının sədri bildirib.
O, koronavirusla bağlı vəziyyətdən sonra ölkələrin iqtisadiyyatlarının bərpa olunduğunu, enerji resurslarına ehtiyacın artdığını vurğulayıb.
TƏHLİL
Rusiya ilə neft və qaz oyunları Avropanı çıxılmaz vəziyyətə salıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.