SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları, eləcə də nişanlarının təsvirləri təsdiq edilib.
Sputnik
BAKI, 14 aprel - Sputnik. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Bundan başqa, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib.
Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin