RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Bu, Qərbin rusofob kursunun kulminasiya nöqtəsi olub

Rusiya XİN rəhbərinin fikrincə, ABŞ və Avropa İttifaqı radikal millətçi Kiyev rejiminə tam dəstək verib.
Sputnik
BAKI, 14 aprel — Sputnik. Vaşinqton və Brüssel tərəfindən Ukrayna hakimiyyətinə qeyd-şərtsiz dəstək Qərbin rusofob kursunun kulminasiya nöqtəsi olub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rəqəmsal beynəlxalq münasibətlər 2022" elmi-praktik konfransında deyib.
"Bu rusofob kursun kulminasiya nöqtəsi Vaşinqton və Brüssel tərəfindən radikal millətçi Kiyev rejiminə qeyd-şərtsiz dəstək verilməsi, Ukraynada ultra-radikalların yetişdirilməsi, Ukraynadan "anti-Rusiya"nın yaradılması oldu", - o deyib.
Lavrov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin "Twitter"dəki paylaşımlarına qarşı sanksiyalar da əsassızdır.
"Rusiya Xarici İşlər Nazirliyi informasiya təhlükəsizliyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcək. Siz yalnız yerli onlayn platformalara etibar edə bilərsiniz", - deyə Sergey Lavrov bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov: Ukrayna ilə danışıqların davam etməməsinə səbəb yoxdur
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.