RUSİYA

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edildi

Mariya Zaxarova deyib ki, Rusiya Xarici İşlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi əsas diqqətini sülh müqaviləsinin hazırlanmasına yönəldəcək.
Sputnik
BAKI, 14 aprel - Sputnik. Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı ilə Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızın Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Moskva ATƏT-in Minsk Qrupunda rusiyalı həmsədrini dəyişərək, İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!