Pakistanda keçmiş baş nazir İmran Xanın istefası nəticəsində yaranmış siyasi böhran yeni hökumət başçısının seçilməsi ilə aradan qaldırılıb. Nazirlər Kabinetinin rəhbərliyinin dəyişilməsi ilə tərəfdarların və əleyhdarların küçələrə yayılan emosiyalarına Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Müxalifətdə olan Pakistan Müsəlman Liqasının prezidenti Şehbaz Şərif bazar ertəsi ölkənin yeni baş naziri seçilib.
Bazar ertəsi o, ölkənin 23-cü baş naziri olaraq and içib. Keçmiş baş nazir İmran Xan isə öz növbəsində yeni hökumət başçısını müəyyən edəcək parlament seçkilərinin dərhal keçirilməsini tələb edib.