AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mərkəzi Bankın yeni sədri təyin edildi

Ötən gün Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilib. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri olub
Sputnik
BAKI, 13 aprel — Sputnik. Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, buna qədər Mərkəzi Bankın sədri Elman Rüstəmov olub.
Dünən Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib.
Dünən Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub. Bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib