TƏHSİL

Məktəblərdə "Son zəng" olacaqmı? Nazirdən cavab

Hələ də məktəbdə müəllimlərin maska taxması və digər tələblər qüvvədədir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Bütün məktəblər əyani təhsilə qayıdıb. Hazırda distant təhsildə olan məktəb və sinif yoxdur.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə deyib.
O bildirib ki, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayı yoxdur. Mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır. Ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir, məktəb və bağçalarda isə pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir.
Təhsil naziri "Son zəng"lə bağlı məsələyə də aydınlıq gətirib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəviyə yaxın formatda keçirilə bilər. Hələ də məktəbdə müəllimlərin maska taxması və digər tələblər qüvvədədir. İndiki vəziyyət əvvəlki dövrdən qat-qat yaxşıdır. Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.