RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Mariupoldakı ticarət limanı “Azov” silahlılarından tamamilə azad edilib - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi "Azov" döyüşçülərinin mühasirədə olduğu barədə xəbər yayıb.
Sputnik
BAKI, 13 aprel - Sputnik. Mariupolda dəniz ticarət limanı Azov yaraqlılarından tamamilə azad edilib. "RİA Novosti"-nin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Mariupol şəhərində dəniz ticarət limanı nasist "Azov" birləşməsinin yaraqlılarından tamamilə azad edilib", - Konaşenkov bildirib.
O qeyd edib ki, nasistlərin limandakı gəmilərdə saxladıqları bütün girovlar, o cümlədən xarici gəmilər azad edilib.
"Ukrayna qoşunlarının və Azov nasistlərinin şəhərdəki bölmələrinin qalıqları bloklanıb və mühasirədən çıxmaq imkanları yoxdur", - deyə Konaşenkov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Qərbi Kiyevin təxribatlarına uymamağa çağırırıq - Zaxarova