RUSİYA

Kudrin ilin yekunlarına görə Rusiyada inflyasiyanın olacağını proqnozlaşdırıb

Dünən Rusiyanın maliyyə naziri Rusiyanın öz öhdəliklərini yerinə yetirmək üçün bütün imkanlarının olduğunu deyib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Rusiyada inflyasiya cari ilin nəticələrinə görə, 20%-ə çata bilər. Bu barədə Rusiya Federasiyasının Hesablama Palatasının rəhbəri Aleksey Kudrin qeyd edib.
"Çox güman ki, 20%-ə qədər, yəni 17%-dən 20%-ə qədər diapazonda ola bilər", - deyə Kudrin çərşənbə günü Federasiya Şurasında rəhbərlik etdiyi idarənin 2021-ci ildəki işinə dair hesabatla çıxış edərkən bildirib.
Rusiya Bankı və İqtisadi İnkişaf Nazirliyinin aprel ayında yeni proqnozlar təqdim edəcəyi gözlənilir. Rusiya Bankı tərəfindən aparılan analitik sorğuya əsasən, cari ilin dekabrında illik inflyasiya 20%, gələn il 8%, 2024-cü ildə isə 4,8%-ə qədər yavaşlayacaq.
Rosstat-ın məlumatına görə, 2022-ci ilin martında Rusiyada inflyasiya fevral ayında olan 1,17%-dən 7,61%-ə, illik göstəricidə isə bir ay əvvəl olan 9,15%-dən 16,69%-ə qədər sürətlənib. Aylıq inflyasiyanın göstəricisi mart ayında 7,61% olaraq 1999-cu ilin yanvarından bu yana ən yüksək həddə çatıb - o zaman dəyər 8,38% səviyyəsində olub.
Rusiya Bankı cümə günü bildirib ki, Rusiyada illik inflyasiya baza effektinə görə artmağa davam edəcək, lakin həftəlik məlumatlar qiymət artımının cari tempinin əhəmiyyətli dərəcədə yavaşladığını göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Qərb dövlətlərinin Rusiyada aktivləri var - Siluanov