AZƏRBAYCAN XƏBƏRLƏRİ

Elman Rüstəmova yeni vəzifə verildi

Ötən gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrliyindən azad edilən Elman Rüstəmova yeni vəzifə verilib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub. Bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — Azərbaycan Respublikasının mərkəzi bankıdır.
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.
Azərbaycan Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılıb. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.