RUSİYA

Rusiya prezidenti Blaqoveşenskə gəlib

Belarus Prezidenti Rusiyanın Primorsk vilayətinin rəhbərliyi ilə görüşəcək.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Blaqoveşenskə gəlib və burada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Bu barədə RİA Novosti xəbər yayıb.
Gözlənilir ki, ikitərəfli görüşdən əvvəl dövlət başçıları helikopterdən "Vostoçnı" kosmodromunun və infrastruktur obyektlərinin tikintisinə baxacaq, daha sonra işçilərlə söhbət edib pilot-kosmonavtları mükafatlandıracaqlar.
Danışıqlar zamanı siyasətçilər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Görüşün yekunları üzrə birgə mətbuat konfransı gözlənilir.
Rusiya prezidenti Amur vilayətinin qubernatoru Vasili Orlov və “Roskosmos”un rəhbəri Dmitri Roqozinlə də danışacaq.
Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, Belarus lideri artıq Blaqoveşenskə gəlib.
Onun “Vostoçnı”ya səfəri və Putinlə danışıqlardan əlavə, Vladivostokda Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako ilə görüşü nəzərdə tutulub.
Danışıqların əsas mövzusu Belarusun bu regionla əməkdaşlığı olacaq. Lukaşenkonun Rusiya adasına da səfər edəcəyi və Belarus bazarına balıq tədarükü məsələsini müzakirə edəcəyi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.