SƏHİYYƏ

Omikron ştammının yeni altnövü Yaponiyaya da çatdı

Yaponiyadan öncə, İrlandiya, Danimarka, Hindistan, Tailand, Çin, ABŞ və Çexiyada koronavirusun XE adlanan altnövünə yoluxma halı baş verib.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Yaponiyada Omikron ştammının ХЕ adlanan altnövünə ilk yoluxma halı qeydə alınıb. Bu barədə yerli NHK telekanalı məlumat yayıb.
Virus Tokionun yaxınlığında yerləşən Narita hava limanında aşkarlanıb. Sözügedən virus ABŞ-dan gəlmiş bir qadında aşkarlanıb. Aparılmış genetik təhlil nəticəsində bunun Omikron ştammının yeni altnövü olduğu müəyyənləşib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron XE-ni pandemiya tarixinin ən yoluxucu növü elan edib.
Xatırladaq ki, kononavirusun Omikron ştammının XE variantına ilk yoluxma hadisəsi ötən həftə Çexiyada baş verib.
İlk dəfə yanvar ayında Böyük Britaniyada aşkarlanan həmin variant mövcud statistik məlumatlara görə, Omikron ştammına nisbətən 10 faiz daha yoluxucudur. Koronavirusun XE variantına yoluxmalar, həmçinin İrlandiya, Danimarka, Hindistan, Tailand, Çin, ABŞ kimi ölkələrdə də qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.