BAKI, 11 aprel — Sputnik. Rusiya MN Ukraynada vəziyyət barədə günün son məlumatını təqdim edib.
Burada qeyd olunur ki, raket zərbələri ilə Ukrayna silahlı qüvvələrinin bir komanda məntəqəsi, “Toçka-U” atəş qurğusu və 40 silahlısı məhv edilib.
Dnepropetrovsk vilayətində isə Ukraynaya məxsus Su təyyarəsi vurulub. Rusiya aviasiyasının 42 hərbi obyektə zərbələr endirdiyi bildirilir.
"Əməliyyat başlayandan Ukrayna ordusuna məxsus 130 təyyarə, 2132 tanl və digər zirehli texnika məhv edilib.", - RF MN-in məlumatında deyilir.
Burada qeyd olunur ki, raket zərbələri ilə Ukrayna silahlı qüvvələrinin bir komanda məntəqəsi, “Toçka-U” atəş qurğusu və 40 silahlısı məhv edilib.
Dnepropetrovsk vilayətində isə Ukraynaya məxsus Su təyyarəsi vurulub. Rusiya aviasiyasının 42 hərbi obyektə zərbələr endirdiyi bildirilir.
"Əməliyyat başlayandan Ukrayna ordusuna məxsus 130 təyyarə, 2132 tanl və digər zirehli texnika məhv edilib.", - RF MN-in məlumatında deyilir.
***
Son sutka ərzində Rusiya aviasiyası 78 hərbi obyektə zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Vurulan hərbi obyektlər arasında üç komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün radar, yaxınmənzilli zenit-raket kompleksləri üçün üç mövqe, dörd sursat anbarı, həmçinin 58 istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə o bildirib.
Konaşenkov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 441 pilotsuz uçuş aparatını, 239 reaktiv yaylım atəş sistemini və 2079 tank və zirehli texnikasını məhv edib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 129 təyyarə, 99 helikopter, 243 S-300, Buk-M1, "Osa" AKM zenit-raket kompleksləri, 441 pilotsuz uçuş aparatı, 2079 tank və digər zirehli döyüş texnikası, 239 reaktiv yaylım atəş sistemi qurğusu, 909 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2003 ədəd xüsusi təyinatlı hərbi maşın", - deyə o bildirib.
Konaşenkov bildirib ki, RF Silahlı Qüvvələri Donbassda 9 tankı, 5 "Akasiya" özüyeriyən top qurğusunu, 5 "Qrad" reaktiv yaylım atəş sistemini və 60-dan çox millətçini yüksək dəqiqlikli silah zərbəsi ilə məhv edib.
"Donetsk vilayətinin Vozdvijenka-2 və İvanovka yaşayış məntəqələri ərazilərinə yüksək dəqiqliklə endirilən zərbələr nəticəsində 9 tank, 5 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu , 5 ədəd BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemi və 60-dan çox millətçi məhv edilib", - deyə Konaşenkov bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.