RUSİYA

Narışkin: Rusiya indi dünyaya suveren inkişafın vektorunu göstərir

RF XTX şefi tarixə ekskurs edərək günümüzlə analogiya aparıb və maraqlı nəticələrə gəlib.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin direktoru və Rusiya tarix cəmiyyətinin sədri Sergey Narışkin bildirib ki, hazırda Rusiya Böyük Pyotrun dövründə olduğu kimi, öz gələcəyi üçün qətiyyətlə mübarizə aparır və bütün dünyaya gələcək onilliklər üçün azad və suveren inkişafın vektorunu göstərir.
Narışkin bazar ertəsi Moskvada "I Pyotr və onun erası" tarixi-sənədli sərgisinin açılışında deyib ki, I Pyotrun həyat və nailiyyətləri, “Vətəni ən vacib dəyər kimi qorumaq lazımdır” sözləri özündən sonrakı nəsillər üçün mənəvi vəsiyyət kimi qəbul edilir.
“Və bu gün, Böyük Pyotrun 350 illik yubileyi ilində Rusiya yenidən öz tarixi gələcəyi uğrunda mübarizə aparır, bütün dünyaya uzunmüddətli bir tarix - onilliklər boyu əvvəldən cəsarət və qətiyyətlə azad və suveren inkişafın vektorunu göstərir”, – deyə Narışkin qeyd etdi.
Onun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Rusiya öz vətəndaşlarının, o cümlədən nəzərdə tutulan məqsədlərə doğru gedən yolda Rusiya ilə birgə addımlamaq qərarına gələn ”hər kəsin təhlükəsizliyini, rifahını və ləyaqətini“ təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Narışkin: "Rusiyanın başqa cür hərkət etmək üçün şansı qalmadı"