RUSİYA

Google şirkəti rusiyalılarla bağlı səhvini düzəldib

“Google.Translate” daha “dear Russians” (əziz rusiyalılar) ifadəsi daxil edildiyi zaman əvəzləmə variantları sırasında “dead Russians” (ölü rusiyalılar) ifadəsini təklif etmir.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Google şirkəti onlayn tərcüməçi servisindəki rusiyalılarla bağlı səhvi aradan qaldırıb.
Belə ki, servis “dear Russians” (əziz rusiyalılar) ifadəsi daxil edildiyi zaman əvəzləmə variantları sırasında “dead Russians” (ölü rusiyalılar) ifadəsini daha əvvəlki kimi təklif etmir.
Qeyd edək ki, Roskomnadzor "Google" texnologiya koorporasiyasından öz xidmətlərində rusiyalı istifadəçilərə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün dərhal tədbirlər görməyi tələb edib.
Daha əvvəl isə “Google.Translate” xidmətinin fəaliyyətində ekstremist xarakterli pozuntu aşkar edilib.
Belə ki, tərcümə üçün “dear Russians” (əziz rusiyalılar) ifadəsini daxil edərkən o, rusiyalı istifadəçilərə onu “dead Russians” (ölü rusiyalılar) kimi tərcümə edib.
Roskomnadzor-un araşdırmalarına görə, başqa millətlərin nümayəndələri üçün belə "ifadə əvəzləmələri" təklif edilməyib.
Roskomnadzor tərəfindən şirkətdən bu cür halların qarşısını almaq üçün tədbirlər görmək, həmçinin bu tip ismarıcların səbəbləri barədə agentliyə məlumat vermək tələb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.