BAKI, 11 aprel - Sputnik. ABŞ-ın nüfuzlu “Politico” nəşri Rusiyanın Ukraynada keçirilən xüsusi əməliyyat fonunda qalib olduğunu yazıb.
Orada qeyd olunub ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlardan faydalanmadığını düşünənlər bunları nəzərə almalıdır:
- Moskvanın aylıq qaz ixracı gəlirləri keçən illə müqayisədə üç dəfə artıb;
- Rusiyaya rəğbəti ilə seçilən Marin Le Pen Fransada prezident olmağa yaxındır;
- bu gün Qərb liderləri Ukraynadakı vəziyyətə görə prezident Vladimir Putini razı salmaq üçün yenidən Moskvaya səfərə başlayacaqlar.
Sözügedən materialın sərlövhə altında “Putin iqtisadi müharibədə qalib gəlir” adlı məqalə yer alıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.