HƏRBİ

Təşvişə düşməyin: Müdafiə Nazirliyi gözlənilən partlayışlar barədə

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası həyata keçiriləcək.
Sputnik
BAKI, 10 aprel - Sputnik. Gələn həftə ərzində Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesinin həyata keçirilməsi səbəbindən partlayış səsləri duyulacaq. Bu səbəbdən də partlayış səsləri duyularkən, əhalinin təşvişə düşməməsi tövsiyə edilir.
Müdafiə Nazirliyi planlaşdırılan utilizasiya ilə bağlı məlumat yayıb. Orada qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
MN Seyfəli poliqonundakı partlayışların səbəbini açıqladı