RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın Ombudsmanı əsirlərin mübadiləsini təsdiqlədi

Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, əsirlərin arasında "Rosatom"un dörd əməkdaşı da var.
Sputnik
Ombudsman əsirlərin mübadiləsini təsdiqlədi
Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, əsirlərin arasında "Rosatom"un dörd əməkdaşı da var
Rusiya ilə Ukrayna arasında daha bir məhbus mübadiləsinin baş tutub. Sputnik Azərbaycn xəbər verir ki, Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Teleqram kanalında bu barədə məlumat verib.
"Dünən gecə daha bir rus-ukraynalı əsir mübadiləsi baş verib. Onların arasında "Rosatom"un dörd əməkdaşı və cəsur hərbçilərimiz də var. Bu gün səhər tezdən onlar Rusiya torpaqlarına eniblər".
Bundan əvvəl KİV Ukrayna baş nazirinin müavini İrina Vereşçuka istinadən Rusiya ilə üçüncü dəfə məhbus mübadiləsi barədə məlumat yayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.