RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Müdafiə Nazirliyindən xəbərdarlıq: Kiyev növbəti təxribata hazırlaşır

Kiyev yaxınlığında Rusiya SQ tərəfindən öldürüldüyü iddia edilən mülki şəxslərin kütləvi məzarlarının açılışı ilə səhnələşdirilmiş atışma hazırlanır.
Sputnik
BAKI, 10 aprel - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı günün son məlumatını paylaşıb.
Qeyd olunur ki, Kiyev yaxınlığında Rusiya SQ tərəfindən öldürüldüyü iddia edilən mülki şəxslərin kütləvi məzarlarının açılışı ilə səhnələşdirilmiş atışma hazırlanır.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələri Lisiçansk Pedaqoji Kollecinin binasında dayaq məntəqəsini təchiz edib, zirehli texnika və zenit qurğuları yerləşdiriblər", - MN-in məlumatında deyilir.

Rusiyanın hərbi idarəsi bəyan edib ki, Severodonetsk rayonunda Kiyev RF Silahlı Qüvvələrinin xəstələri daşıyan təcili yardım maşınlarını guya atəşə tutması ilə təxribat törətməyə hazırlaşır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, son sutkada Rusiya SQ yüksəkdəqiqlikli raketlərlə Dnepropetrovsk vilayətində yerli batalyonun qərargahını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, raket zərbəsi ilə Nikolayev vilayətində S-300 raket komplekslərinin atəş qurğuları məhv edilib.
Havada isə Ukrayna məxsus 8 PUA vurulub. Aviasiya sutka ərzində Ukraynanın 86 hərbi obyektinə zərbələr endirib.️ Rusiya SQ əməliyyat başlayandan Ukraynada 436 PUA, 232 reaktiv yaylım atəşi sistemləri, 2052 tank və digər zirehli texnika məhv ediblər.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.