BAKI, 10 aprel - Sputnik. Rusiya İranın nüvə məsələsi ilə bağlı Vyanada davam edən danışıqlarda əldə oluna biləcək heç bir razılaşmaya qarşı çıxmayacaq. Sputnik Azərbaycan “TASS”a istinadla xəbər verir ki, bu barədə bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Tehranın "İranın sadiq qaldığı öz qırmızı xətləri var".
İranlı nazirin sözlərinə görə, üç Avropa ölkəsinın (Böyük Britaniya, Fransa, Almaniya) danışıqlarda iştirakı ilə "texniki sənədlər üzrə nəticələr əldə olunub". Son vaxtlar Vaşinqton “nüvə sazişinin şərtlərinə zidd olan yeni tələblər irəli sürüb”.
Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının ilkin formada bərpası və Birləşmiş Ştatların martın 11-də bu çoxtərəfli razılaşmaya qaytarılması üçün səkkiz raund danışıqlardan sonra xarici amillərə görə fasilə verilib. Bundan əvvəl Vyana danışıqları finiş xəttinə çatmışdı və fevralın sonuna qədər tamamlanmalı idi. Sazişin mətni razılaşdırılıb və təxminən 20 səhifədən ibarətdir, o, nüvə sazişinin ilkin formada həyata keçirilməsinə qayıtmaq üçün gələcək tədbirlərə istinad edir.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Yanvarın 3-ü ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.