BAKI, 10 aprel - Sputnik. “Qazprom” Rusiya qazını Ukrayna ərazisindən Avropaya tranzit üçün müntəzəm olaraq tədarük etməkdə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu holdinqin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib.
“Qazprom” Avropa istehlakçılarının təlabatına uyğun olaraq gündəlik 79,6 milyon kubmetr həcmində Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün müntəzəm rejimdə tədarük edir”, - Kupriyanov bildirib.
Bu həcm Ukrayna ərazisindən qaz tranziti üçün uzunmüddətli ehtiyatlar üzrə tədarükdən azdır (gündə təxminən 109,5 milyon kubmetr).
Şənbə günü, aprelin 9-da müraciətlər 78,3 milyon kubmetr təşkil edib.
Son zamanlar soyuq hava, küləyin olmaması, həmçinin Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar spot qiymətlərin artması fonunda Avropa Rusiyadan qaz alışını xeyli artırıb.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.