BAKI, 10 aprel - Sputnik. İlk "exit-poll" nəticələrinə görə, Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Belə ki, əsas rəqiblər, hazırkı prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının (Milli Ralli Partiyası) nümayəndəsi Marin Le Pen hər biri 24 faiz səs toplaya bilib.
Belə ki, əsas rəqiblər, hazırkı prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının (Milli Ralli Partiyası) nümayəndəsi Marin Le Pen hər biri 24 faiz səs toplaya bilib.
Fransada bu gün keçirilmiş prezident seçkilərində seçici fəallığı 76% olub. Bu statistikanı “Ifop-Fiducial” təşkilatı elan edib.
Məlumata görə, seçicilərin 24%-i səsvermədə iştirak etməyib. Bu, 2017-ci ildəki göstəricidən (22,23%) daha çoxdur. 2002-ci ildəki prezident seçkilərində isə antirekord qeydə alınmışdı. Həmin ildə seçicilərin 28,4%-i səsvermədə iştirak etməmişdi.
***
Bu gün, aprelin 10-da Fransada prezident seçkiləri keçirilir. Seçkilərinin birinci turunda səsvermələr başlayıb.
Fransa mərkəzi seşki komissiyasının məlumatlara görə təxminən 49 milyon fransız səsvermə hüququna malikdir.
70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq. (Report)
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.
Sorğulara görə, prezidentlik yarışında hazırkı dövlət başçısı Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyası (Milli Ralli Partiyası) nümayəndəsi Marin Le Pen öndədir.
2017-ci ildə də iki namizəd seçkilərin ikinci turuna keçsələr də, Le Pen Makrona uduzub.
Bu gün Fransa vətəndaşları Bakıdakı seçki məntəqəsində səs verə biləcəklər.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz Twitter hesabında paylaşım edib.
Səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb:
“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”.
Fransa prezidentliyinə namizəd Le Pen (Marine Le Pen) 2017-ci ildə bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin yaxşı həlli onun Ermənistana birləşdirilməsidir. Onun bu Ermənistan tərəfkeşliyi Azərbaycanda haqlı qəzəb doğurmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.