RUSİYA

Türkiyədə ancaq rusiyalılara xidmət edəcək aviaşirkət yaradıla bilər

Jurnalistlər Türkiyə hakim dairələrinin yalnız Rusiyadan gələn turistlər üçün hava yolu yaratmaq təşəbbüsündən xəbər tutub.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Türkiyə hökuməti eksklüziv olaraq rusiyalı turistləri daşıyacaq aviaşirkətin yaradılmasını müzakirə edir. Bu barədə Sputnik radiosu "Sabah" qəzetinə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, “yol xəritəsi”nə üç bənd daxil edilib:
birincisi, sanksiyalara görə rusiyalı turistləri itirmiş iri təşkilatlara dövlət zəmanəti verir;
ikincisi, “paket” turistlər üçün Türk Hava Yollarının reyslərində 1,5 milyon yerin ayrılması;
üçüncüsü, təkrar sanksiyalar riski olmayacaq təyyarələrin cəlb olunacağı yeni aviaşirkətlərin formalaşdırılması.
Üçüncü bəndin həyata keçirilməsi üçün başqa şirkətlərin təyyarələrindən istifadə oluna bilər.
Yeni yaradılacaq hüquqi şəxs Antalyada yerləşəcək.
Bir müddət əvvəl Sputnik radiosu Monteneqronun rusiyalıların vizasız girişi üçün şərtləri yenilədiyini bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə edilməyib”