BAKI, 9 aprel - Sputnik. Şərq mətbəxinin vazkeçilməzi sayılan sarıkök xərçəng şişlərinin böyüməsinin qarşısı alırmış.
Bu barədə "Daily Express" qəzeti məlumat yayıb.
"Cancer Research UK" tədqiqat fondundan olan İngiltərə həkimləri onkoloji xəstəlik riskini azaltmaq, həmçinin artıq inkişaf etmiş xərçənglə mübarizə aparmaq üçün rasiona hansı ədviyyatı daxil etməyin lazım olduğunu bildiriblər.
Mütəxəssislərin fikrincə, sarıkök mövcud xərçəng şişlərinə fəal təsir göstərir və antioksidantların yüksək konsentrasiyası sayəsində onların böyüməsinin qarşısını almağa kömək edir.
Ənənəvi mətbəxində sarıkökdən daha şox istifadə edən ölkə sakinlərinin rasionu üzərində aparılan araşdırmalar orada xərçəng xəstəliyinin daha az olduğunu göstərib.
Alimlər həmçinin adətən tüpürcək vəzilərində və ya baş və boyunun digər nahiyələrində inkişaf edən xərçəngin nisbətən nadir forması olan "adenoid cystic carcinoma" xəstəliyindən əziyyət çəkən könüllülər üzərində təcrübə aparıblar.
Müalicə zamanı qidaya sarıkök əlavə edilib. "Nəticədə iki aydan sonra vəziyyətin sabitləşməsi və altı aydan sonra isə şişin çəkisinin və onun həcminin 80% azalması müşahidə olunub", - deyə tədqiqatçılar qeyd ediblər.
Onlar həmçinin vurğulayıblar ki, sarıkökün tərkibindəki yüksək antioksidant konsentrasiyası ürək xəstəliyi olan insanlarda xolesterinin səviyyəsini aşağı salmağa və katarakta, qlaukoma və makula degenerasiyası riskini azaltmağa kömək edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.