FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Maral yetişdirənlər, Smitin silləsi, suriyalı əlillər - Həftənin parlaq fotoları

Ötən həftənin ən maraqlı və əlamətdar hadisələri - dünya agentliklərinin fotojurnalistlərinin obyektivində və Sputnik Azərbaycan-ın seçmələri.
Sputnik
1 / 20

Braziliyada Terra Livre etiraz düşərgəsində yerli sakinlərdən olan qadın.

2 / 20

Papa Fransisk Romanın Fyumiçino hava limanında liftdən öz təyyarəsinə minir.

3 / 20

Mariupol sakinləri dağıdılmış evin həyətində yemək hazırlayırlar.

4 / 20

Turist Meksikanın Kankun şəhərindəki Qaviota Azul çimərliyində sarqass yosunlarının yığıldığı yerdən sahil tərəfə getməyə çalışır.

5 / 20

Macarıstanın Vereşedxaz şəhərində keçirilən parlament seçkiləri zamanı seçki məntəqəsində ənənəvi geyimdə olan macar qadınları.

6 / 20

Polis əməkdaşları Şri-Lankanın dağıdıcı iqtisadi böhranına etiraz edən tibb tələbələrinin qarşısını almağa çalışırlar.

7 / 20

"Ocean Rebellion" fəalları Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Dəniz Təşkilatının qarşısında plastik tullantıları əks etdirən əşyalarla etiraz aksiyası keçirirlər.

8 / 20

Aktrisa Anya Teylor-Coy Böyük Britaniyanın paytaxtı Londonda "Şimallı" filminin xüsusi nümayişində poz verir.

9 / 20

Almaniyanın Frankfurt şəhərində təzə yağan qarla örtülmüş çəmənlikdə yaşıl ağaclar.

10 / 20

ABŞ-ın Kaliforniya ştatında rahibələr gül sahəsində şəkil çəkdirirlər.

11 / 20

İngiltərə şahzadəsi Çarlz Böyük Britaniyanın Darlinqton şəhərində "Darlington Farmers Auction Mart" təsərrüfat biznesinin açılışında mal-qaraya baxır.

12 / 20

Krasnoyarskda keçirilən 7-ci Beynəlxalq Multiidman "Siberian Power Show" Festivalı çərçivəsində bikini-fitnes bodibildinq üzrə final yarışının iştirakçıları.

13 / 20

"Bavariya"nın futbolçusu Lukas Ernandes UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı "Vilyarreal"ın ispaniyalı hücumçusu Jerar Moreno (yuxarıda) ilə rəqabət aparır.

14 / 20

Fransanın mərkəzində üzüm bağlarını şaxtadan qorumaq üçün yandırılan ocaqlardan havaya yüksələn tüstü.

15 / 20

Sığınacaq axtaran meksikalı miqrant ABŞ-a daxil olmaq istəyərkən Rio-Bravo çayının yanında yerə yıxılır.

16 / 20

İraq Balet Akademiyasının tələbələri tamaşaya hazırlaşırlar.

17 / 20

Sidneydəki Bondi çimərliyində nəhəng dalğalar fonunda duş qəbul edən qız.

18 / 20

Cənubi Koreyanın Seul şəhərindəki küçə bazarında dəniz məhsulları olan piştaxtanın qarşısında dayanan qadınının qucağında köpək.

19 / 20

Hindistanın Allahabad şəhərindəki fabrikdə işçi müqəddəs Ramazan ayında ənənəvi şirin yeməklər üçün istifadə edilən vermişel hazırlayır.

20 / 20

Ultra-ortodoksal yəhudilər Qolan yüksəkliklərindəki Hermon xizək kurortunda dağdan sürüşürlər.