RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN son sutkada vurulan hədəflər barədə məlumat yaydı

RF Müdafiə Nazirliyinin rəsmisi son bir gün ərzində Ukraynanın 81 hərbi obyektinin vurulduğunu deyib.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Rusiyanın döyüş təyyarələri və raket qüvvələri Ukraynanın daha 81 hərbi obyektini vurub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, bir "Osa" zenit raket kompleksi, üç reaktiv yaylım atəşi qurğusu, həmçinin 9 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi 59 ərazi var", - Rusiya MN sözçüsü vurğulayıb.
Qeyd edilib ki, yüksək dəqiqlikli raketlərlə xarici muzdluların hazırlıq mərkəzi məhv edilib: "Rusiya SQ daha 2 helikopter və 5 PUA məhv edib".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev humanitar dəhlizləri əlaqələndirməkdən növbəti dəfə imtina edib - RF MN