RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rəsmi Çin: Bu, Avropada sülh və təhlükəsizliyi təmin etmək üçün yeganə yoldur

Çin XİN-in rəhbəri fransalı diplomatla telefon danışığında qeyd edib ki, Avropada bölünməz və yenidən qurulmuş təhlükəsizlik mexanizminə ehtiyac var.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Avropada təhlükəsizlik balansının pozulmasının arxasında duran əsas səbəb Ukrayna böhranıdır. Sputnik Azərbaycan TASS-a istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Fransanın Avropa məsələləri üzrə dövlət katibi Klement Biune ilə keçirdiyi telefon danışığında deyib.
Çin XİN-in rəhbəri qeyd edib ki, Ukrayna böhranı Avropada təhlükəsizlik balansının pozulmasına gətirib çıxarıb. O qeyd edib ki, Avropada bölünməz və yenidən qurulmuş təhlükəsizlik mexanizminə ehtiyac var: "Bu, Avropada sülh və təhlükəsizliyi təmin etmək üçün yeganə yoldur".
Van İ bildirib ki, bu böhranda iştirak edən bütün tərəflər sülh danışıqları üçün imkanlarını işə salmalıdırlar: "Siz həm atəşkəs üçün çağırış edib, həm də silah və bombalar göndərərək nəyəsə nail ola bilməzsiniz".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
“Pusqudan vurulan zərbələr üçün”. ABŞ Ukrayna ordusunu nə ilə silahlandıracaq?