HƏRBİ

"Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir

Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, yarışlarda tank heyətləri müxtəlif üzrə tapşırıqları icra edirlər.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.
Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.
Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsindən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində Rusiya, Çin və Qazaxıstan komandaları ilə yarışıblar.
Xəbər verildiyi kimi, “Tank biatlonu” müsabiqəsi “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində avqustun 22-dən sentyabrın 4-dək keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.