CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz

İstənilən şəxsin hər hansı siyasi partiyanın üzvü olması ilə bağlı işdən azad edilməsi qanunla qadağandır.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsində bəhs edilir.
Bundan başqa, həmin maddədə qeyd olunur ki, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirənlərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə onun işdən azad edilməsi qadağandır.
Bundan başqa, şəxslər həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə şəxslərin işdən azad edilməsi qadağandır.
Eyni zamanda, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilən əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Şəxsin fəaliyyətinə qanunverciliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur, qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Hərbi xidmət əmək stajına niyə daxil edilmir?