BAKI, 7 aprel — Sputnik. İyulun 25-dən 29-dək Bakıda "Sea Breeze Summer Fest" beynəlxalq musiqi festivalı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, tamaşaçılar beş gün ərzində genişmiqyaslı musiqi proqramı, 150-dən çox artist, orijinal musiqi nömrələri və parlaq şou gözləyir.
Gecədə Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMİN), Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Morandi, Artik & Asti, Niletto, Klava Koka, Mari Kraymberi, Mot kimi tanınmış sənətçilərin solo çıxışları olacaq.
Qeyd edək ki, 25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən "Jara" beynəlxalq musiqi festivalının adı "Sea Breeze Summer Fest"ə dəyişdirilib. "Jara"ya alınmış biletlər "Sea Breeze Summer Fest"də də keçərli olacaq.
Məlumat üçün bildirək ki, "Jara" festivalı 2016-cı ildən etibarən Bakıda keçirilib. Lakin koronavirus pandemiyası səbəbindən sözügedən festival keçən il Moskvada təşkil olunub. Festivalın Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən əsası qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.