BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də İsrailin paytaxtı Təl-Əviv şəhərində törədilmiş terror aktı nəticəsində iki nəfər həlak olub. Bu barədə RİA Novosti yerli KİV-lərə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, hadisə nəticəsində daha dörd nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, martın 29-da İsraildə atışma nəticəsində 4 nəfər ölüb. Bu barədə Magen David Adom təcili yardım xidməti məlumat verib.
Daha bir nəfərin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.