BAKI, 7 aprel — Sputnik. Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri 400-dən çox pilotsuz uçuş aparatı, 1900-ə qədər tank və digər zirehli texnikanı məhv edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov bildirib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 125 təyyarə, 93 helikopter, 413 pilotsuz uçuş aparatı, 227 zenit-raket kompleksi, 1987 tank və digər zirehli döyüş texnikası, 218 reaktiv yaylım atəşi sistemi, 866 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1894 ədəd xüsusi təyinatlı hərbi maşın", - Konaşenkov bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.