RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya iqtisadiyyatı ABŞ sanksiyalarına tab gətirəcək - XİN

XİN rəsmisinin bəyanatında deyilir ki, ABŞ-ın Avropadakı müttəfiq ölkələrində qiymətlər kəskin artıb və bəzi əsas mallar çatışmır.
Sputnik
BAKI, 7 aprel - Sputnik. ABŞ prezidenti Co Bayden administrasiyasının açıq şəkildə basqınçı üsullarına baxmayaraq, Rusiya iqtisadiyyatı zərbələrə tab gətirir. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Məlumatda deyilir ki, Rusiyanın zərbələrə davam gətirməsi Ağ Evi və ABŞ Dövlət Departamentini hiddətləndirir.
“Amerika banklarında yerləşdirilmiş Rusiya valyuta ehtiyatlarının bir hissəsini oğurlayan Co Bayden administrasiyasının açıq-aşkar basqınçı üsullarına baxmayaraq, iqtisadiyyatımızın zərbələrə tab gətirməsi və rublun ABŞ-da inflyasiya fonunda sabitlik nümayiş etdirməsi faktı Ağ Evi və Dövlət Departamentini hiddətləndirir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev bildirib.
"Hələ mən onların Avropadakı müttəfiq ölkələrində qiymətlərin kəskin artımını və bəzi əsas malların çatışmazlığını demirəm", - deyə Darçiyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov Rusiya üçün nəyin qəbuledilməz olduğunu açıqladı