RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Ukraynanı silahlarla doldurmaq danışıqlara mənfi təsir göstərəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Qərbdən gələn silahlarla doldurulmasının danışıqlar prosesinə mənfi təsir edəcəyini açıqlayıb.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir, bu, mənfi təsir göstərəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ukraynanı müxtəlif formatlarda silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarında uğur qazanmağa kömək etmir. Təbii ki, bu, böyük ehtimalla mənfi təsirini göstərəcək" - deyə Peskov bildirib.
Prezident Putinin G20 sammitində iştirak etməməsinə dair Qərbin mövqeyinə gəlincə, Peskov deyib ki, Rusiya bu məsələdə təşkilatçı ölkə olan İndoneziyanın qərarına baxacaq.
"Rusiyaya qarşı sanksiyalar Qərbin azğın siyasi xəttinin davamıdır, buna cavab veriləcək", - Kremlin sözçüsü deyib.
Peskovun fikrincə, ABŞ-nın Ukraynaya lend-liz qaydasında silah tədarükü barədə qanun layihəsi ehtimal ki, mənfi nəticələr verəcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Senatı Ukraynaya hərbi yardımın göstərilməsini sadələşdirməyi nəzərdə tutan Ukrayna üçün kredit-icarə haqqında qanun layihəsini təsdiqləyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.