BAKI, 7 aprel — Sputnik. Ukrayna ölkə başçılarının görüşündə Krım və Donbas məsələlərini müzakirə etməyi təklif edir. Bu fikir qəbuledilməzdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna ətrafında vəziyyət barədə danışarkən deyib.
XİN rəhbəri bildirib ki, aprelin 6-da Kiyev Rusiya ilə müqavilənin yeni layihəsini təqdim edib və orada İstanbuldakı təkliflərdən geri çəkilmə müşahidə olunur:
"Ukrayna Rusiya ilə danışıqları yubatmağa və nüfuzdan salmağa çalışır. Kiyev, Rusiya ilə razılaşma sənədində öz versiyasını təklif etməklə bacarıqsızlığını göstərdi. Danışıqlar apara bilməməsi bir daha Kiyevin əsl niyyətini, əldə olunan anlaşmalardan kənara çıxmaqla danışıqları gecikdirmək və hətta pozmaq xəttini xarakterizə edir. Kiyev rejimi Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunur və prezident Zelenskini döyüşü davam etdirməyə sövq edir.".
Lavrov bildirib ki, Rusiya təxribatlara baxmayaraq, Ukrayna ilə danışıqları öz təkliflər variantı əsasında davam etdirəcək.
Rusiyanın razılığının alınması zərurətindən bəhs etmədən hərbi təlimlərin keçirilməsi ilə bağlı müddəanı dəyişib, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Ukrayna Rusiya ilə saziş layihəsində Ukraynanın neytral, bloka daxil olmayan, qeyri-nüvə statusu kontekstində xarici kontingentin iştirakı ilə hər hansı hərbi təlimlərin yalnız bütün qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirildiyi açıq şəkildə qeyd olunub.
Xatırladaq ki, martın 29-da İstanbuldakı tarixi Dolmabahçe sarayında Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu olub. Görüş 3 saat davam edib.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlar barədə məlumat verərkən onu "konstruktiv" adlandırıb.
Onun sözlərinə görə, dünən Ukrayna ilk dəfə olaraq Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu qeyd edib.
Medinskinin sözlərinə görə, Ukrayna mahiyyət etibarilə Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazaları yerləşdirməkdən imtina tələbləri ilə razılaşıb.
Həmçinin Ukrayna tərəfi nüvə silahından imtina edəcəyini də bildirib.
Lakin Rusiyanın Krım və Donbassla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.
"Danışıqların nəticəsi olaraq Ukrayna öz təkliflərində hərbi təlimləri yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirməyi öz öhdəsinə götürür", - Medinski bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub. Belə ki, Kiyevin Donbassda hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar mövcuddur.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.