BAKI, 7 aprel — Sputnik. Dünyada hər beş nəfərdən ikisi suyun qıt olduğu ərazilərdə yaşayır. Bu barədə IX Ümumdünya su forumunda Seneqal prezidenti, Afrika ittifaqının (Aİ) sədri Maki Sal məlumat verib.
Seneqal prezidentinin sözlərinə görə, Dünya su forumunda su çatışmazlığı vəziyyətinin ciddiliyi barədə həyəcan təbili çalınmalıdır. Su ilə bağlı məsələləri beynəlxalq gündəmin mərkəzində saxlamaq lazımdır.
Maki Salın sözlərinə görə, suyun əldə edilməsi ilə bağlı vəziyyət məyusedici görünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.