RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Orban sülh üçün Putini ölkəsinə dəvət etdi

Macarıstan Baş naziri bu gün Rusiya Prezidenti ilə danışıqlar aparıb və Putini ölkəsinə dəvət edib.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putini sülh danışıqları üçün Macarıstana dəvət etdiyini, cavabın müsbət, lakin şərtlərlə olduğunu bildirib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban mətbuat konfransında deyib.
O, Rusiya Prezidenti ilə danışıqlar apardığını açıqlayıb.
Orban Putini Ukrayna və Fransa prezidentlərinin, eləcə də Almaniya kanslerinin iştirakı ilə Macarıstanda sülh danışıqlarının keçirilməsinə dəvət edib.
Baş nazir, Putinin cavabının müsbət olduğunu, lakin onun şərtlərinin olacağını qeyd edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.