Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyanın və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən görüşün yekunları regional və beynəlxalq ekspert birliyinin əsas müzakirə mövzusudur.
Ötən müddət ərzində regional proseslər əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan Prezidenti İlham Əliyev bir gün əvvəl Ermənistanla keçiriləcək danışıqların səmərəli olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Bakı Ermənistan rəsmilərindən Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini məqbul hesab etdikləri barədə məlumat alır.
"Bu, çox yaxşı xəbərdir və ümid edirəm ki, Brüsseldəki görüş bu məsələyə daha çox aydınlıq gətirəcək", - deyə prezident ATƏT sədri ilə danışıqlar zamanı bildirib.
Brüsseldə keçirilən görüşdə danışıqlar prosesinin hansı çətinliklərlə üzləşdiyini və hansı müsbət nailiyyətlərin qeydə alındığı haqqında məşhur azərbaycanlı politoloq Sahil İsgəndərov aprelin 7-də, saat 10:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn görüşdə danışacaq.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.